ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-18 yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə yekun vuruldu

U-18 yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə yekun vuruldu

U-18 yeniyetmə cüdoçuların Bakı şəhər birinciliyi başa çatıb. 13-15 dekabr tarixlərində Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışa 56 klub, cəmiyyət və idman təşkilatından 613 (41 qız, 572 oğlan) cüdoçu qatılıb.

3 gün davam edən yarışda 18 yaşadək yeniyetmələr arasında 16 çəki dərəcəsində mükafatçılar bəlli olub.

Birinciliyin sonuncu yarış günü oğlanlar arasında -55 kq., -73 kq. və +90 kq. çəki dərəcələrində, qızlar arasında isə -44 kq. və -57 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.

Yarışların son nəticəsinə görə, Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ümumi komanda hesabında, qızlar və oğlanlar arasında medal saylarına görə 1-ci yerə layiq görülüb. Cüdo Klub 2012  ümumi komanda hesabında 2-ci yeri, qızlar və oğlanlar arasında medal saylarına görə isə 3-cü yeri tutub. Respublika Kompleks İdman Məktəbi isə ümumi komanda hesabında 3-cü yerdə, qızların nəticələrinə görə 2-ci yerdə qərarlaşıb. Yarışda 21 komanda müxtəlif əyarlı medal qazanıb.

Yarışın keçirilməsində əsas məqsəd müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə namizədlərin seçilməsidir.

Qaliblərin siyahısını təqdim edirik: 


Oğlanlar


-46 kq. 

1. Səid İsayev 

2. Tahir Əlizadə 

3. Rüstəm Qasımzadə 

3. Ülvi Cəfərov


-50 kq. 

1. Telman Abdullayev 

2. Səid Seyidov 

3. Əhməd Rüstəmov 

3. Simran Mahmudlu


-55 kq. 

1. Zamin Alıyev 

2. Asim Zeynalov 

3. Nihad Rəhimov 

3. Ayxan Mirzəzadə


-60 kq. 

1. Məhəmməd Musayev 

2. Nicat Süleymanlı 

3. Nihat Quliyev 

3. Xanəhməd Şərifov


-66 kq. 

1. Mehdi Cəfərov 

2. Cəsur İbadlı 

3. Emil Hüseynzadə 

3. Səlim Sultanov


-73 kq. 

1. Əbil Yusubov 

2. Məmməd Əzizbəyov 

3. Şamil Sadıqov 

3. Mehdi Abbasov


-81 kq. 

1. Hüseyn Hüseynov 

2. Əli Qazıməmmədov 

3. Nihad Əhmədov 

3. Kənan Quliyev


-90 kq. 

1. Tuncay Şamil 

2. Sübhan Axundov 

3. Murad Hüsenyquliyev 

3. Davud Namazlı


+90 kq. 

1. Ramazan Əhmədov 

2. Ceyhun Dadaşov 

3. Eldar Əliyev 

3. Əliyar Bayramlı



Qızlar


-40 kq. 

1. Dərya Bıkova 

2. Xədicə Abdullayeva 

3. Mədinə Atayeva


-44 kq. 

1. Aytac Yolçuzadə 

2. Sədaqət Baxşiyeva 

3. Nərgiz Əhmədova


-48 kq. 

1. Vüsalə Hacıyeva 

2. Nuranə Hacızadə 

3. Aliyə İsmayılova


-52 kq. 

1. Fəridə Mirzəyeva 

2. Aysun Məmmədova 

3. Zəhra Xalidzadə 

3. Nilgün Rzayeva


-57 kq. 

1. Röya Cəfərova 

2. Ayan Əliyeva 

3. Zəhra Hüseynzadə 

3. Aliyə Rüstəmova


-63 kq. 

1. Mələk Bayramlı 

2. Zəhra Əliyeva 

3. Nərmin Eyvazova 

3. Məryəm Mehdiyeva


-70 kq. 

1. Zeynəbxanım Əsədova 

2. Lalə Yusifova 

3. Umacahan Qasımova


İdmançılarımızı təbrik edirik!