ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-18 yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək

U-18 yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək

9-12 yanvarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək. 

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 800-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq. Birinciliyin fərdi yarışları 9-11 yanvarda, komanda yarışları isə 12 yanvarda baş tutacaq.

Yarışın final görüşləri İdman TV kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

İdmançılara uğurlar arzulayırıq!