U-18 yeniyetmələr arasında Sumqayıt şəhər birinciliyi keçiriləcək
Azərbaycan Cüdo Federasiyasının (ACF) və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 18 yaşa qədər yeniyetmələr arasında Sumqayıt şəhər birinciliyi keçiriləcək.
23-24 dekabrda Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Sumqayıtın 14 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 300-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.
İdmançılarımıza uğurlar arzu edirik!