U-18 yeniyetmələrin Bakı şəhər birinciliyinə yekun vuruldu
Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 7-9 noyabrda 18 yaşa qədər yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçirilib.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. 3 gün davam edən yarışda Bakının 66 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 716 cüdoçu güclərini sınayıb.
Yarışın sonuncu günü qızlar və oğlanlar arasında 6 çəkidə 232 cüdoçu medallar uğrunda mübarizə aparıb. Oğlanlar arasında -55 kq., -73 kq. və +90 kq. çəki dərəcələrində, qızlar arasında isə -44 kq., -57 kq. və +70 kq. çəki dərəcələrində qaliblər bəlli olub.
Yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 2-ci yerə "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 3-cü yerə isə Neftçi İdman Klubu layiq görülüb. 22 komanda müxtəlif əyarlı medal qazanıb.
Yarışın əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.
Medalçıları təqdim edirik:
Qızlar
-44 kq.
1. Nərmin Məmmədli
2. Tövsiyyə Babayeva
3. Aytac Yolçuzadə
3. Leyla Ələkbərova
-57 kq.
1. Nilgün Rzayeva
2. Ayan Əliyeva
3. Zəhra Hüseynzadə
3. Leyla Məcidova
+70 kq.
1. Əsmər Əliyeva
Oğlanlar
-55 kq.
1. Qüdrət Yusif
2. İsmayıl Əlipənahov
3. Kərim Kərimli
3. Tahir Əlizadə
-73 kq.
1. Cəsur İbadlı
2. Məhəmməd Abbasəli
3. Məhəmməd Ağakişiyev
3. Kənan Məmmədli
+90 kq.
1. Sübhan Axundov
2. Əliyar Bayramlı
3. Cavidan Məsimov
3. Ceyhun Dadaşov
İdmançıları təbrik edirik!