U-18 yeniyetmələrin Bakı şəhər birinciliyinin ikinci gününün nəticələri bəlli olub
8 noyabrda cüdo üzrə 18 yaşa qədər yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyinin ikinci yarış günü keçirilib.
Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 6 çəkidə 229 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Yarışın ikinci günündə oğlanlar arasında -50 kq., - 66 kq. və -90 kq. çəki dərəcələrində, qızlar arasında isə -40 kq., -52 kq. və -70 kq. çəki dərəcələrində qaliblər bəlli olub.
Medalçıları təqdim edirik:
Qızlar
-40 kq.
1. Xədicə Abdullayeva
2. Zeynəb Seyidzadə
3. Fatimə Abdullayev
3. Nəzrin Canbaxışlı
-52 kq.
1. Aysun Məmmədova
2. Aliyə Rüstəmova
3. Xədicə Paşayeva
3. Samaya Yusifli
-70 kq.
1. Şəbnəm Əhmədova
2. Zemfira Əliyeva
3. İlahə Əzizzadə
3. Aynur Mirzəağayeva
Oğlanlar
-50 kq.
1. Məhəmməd Rüstəmli
2. Toğrul Əlisoy
3. Bayram Orucov
3. Bahadır Feyzullayev
-66 kq.
1. Kənan Sadıqov
2. Əli Hümbətov
3. Amin Cəfərzadə
3. Hüseyn Hüseynov
-90 kq.
1. Səid Hüseynov
2. Vidad Əliyev
3. Məhəmmədəli Əlipənahov
3. Rihad Həsənov
İdmançıları təbrik edirik!