U-18 yeniyetmələrin Bakı şəhər birinciliyinin ikinci yarış günü keçirildi
21 dekabrda cüdo üzrə 18 yaşa qədər yeniyetmə qızlar və oğlanlar arasında Bakı şəhər birinciliyinin ikinci yarış günü keçirilib.
Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 6 çəkidə 318 cüdoçu tatamiyə çıxıb.
Yarışın ikinci günündə oğlanlar arasında -55 kq., - 66 kq. və -90 kq. çəki dərəcələrində, qızlar arasında -52 kq., -57 kq. və -70 kq. çəki dərəcələrində qaliblər müəyyən olub.
Medalçıları təqdim edirik:
Qızlar
-52 kq.
1. Tövsiyyə Babayeva (Qəbələ Bakı)
2. Sona Quliyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Esmira Bayramova (Xəzri İdman Klubu)
3. Gülay Haqverdiyəva (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
-57 kq.
1. Samaya Yusifli (Balaxanı İdman Mərkəzi)
2. Ayan Qədirova (Bakı şəhəri 2 nömrəli RİOEUGİM)
3. Zilan Hüseynli (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
3. Sevinc Nuruşova (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
-70 kq.
1. Mələk Bayramlı (DİN İdman Cəmiyyəti)
2. Familə Nəsirova (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. İlahə Əzizzadə (Neftçi İdman Klubu)
3. Zəhra Quliyeva (Bakı şəhəri 1 nömrəli RİOEUGİM)
Oğlanlar
-55 kq.
1. Rüstəm Qasımzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
2. Məhəmməd Rüstəmli (Neftçi İdman Klubu)
3. Rəsul Əlizadə (Şuşa UGİM)
3. Kənan Teymurlu (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
-66 kq.
1. Əli Hümbətov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
2. Yusif Abbasov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Əlimöhsün Hacıyev (Cüdo Klub 2012)
3. Akif Dadaşov (Atilla İdman Klubu)
-90 kq.
1. Nurəddin Əliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
2. Amir Xəzriyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
3. Emin Şirinov (Cüdo Klub 2012)
3. Xalid İliyasov (Cüdo Klub 2012)
İdmançıları təbrik edirik!