ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-18 yeniyetmələrin Sumqayıt şəhər birinciliyi keçiriləcək

U-18 yeniyetmələrin Sumqayıt şəhər birinciliyi keçiriləcək

20-21 dekabrda Sumqayıt Olimpiya İdman Kompleksində U-18 yeniyetmə cüdoçuların Sumqayıt şəhər birinciliyi keçiriləcək. 15 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 255 (232 oğlan, 23 qız) cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi müvafiq yaş qrupu üzrə gələn il keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimini etmək və eyni zamanda yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

İdmançılarımıza uğurlar arzu edirik!