ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-20 gənclər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

U-20 gənclər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Mayın 17-də U-20 gənclər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək. 

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 34 klub və idman cəmiyyətindən olan 152 cüdoçu (128 oğlan, 24 qız) ümumilikdə 12 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.