ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-21 gənclər arasında Azərbaycan birinciliyi start götürdü

U-21 gənclər arasında Azərbaycan birinciliyi start götürdü

Bu gün 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyinin ilk yarış günü keçirilir. 22 fevralda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 112 cüdoçu gücünü sınayacaq. Qızlar arasında -44 kq., -52 kq., -63 kq. və -78 kq. çəki dərəcələrində, oğlanlar arasında isə -55 kq., -66 kq., -81 kq. və -100 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşəcək.

Yarışın ilkin görüşləri saat 10:00-da başlayacaq. Final görüşləri saat 17:00-da keçiriləcək.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

İdmançılarımıza uğurlar arzulayırıq!