U-21 gənclər arasında Azərbaycan birinciliyinin ikinci yarış günü keçirilir
Bu gün 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyinin fərdi yarışlarının son yarış günü keçirilir.
23 fevralda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 8 çəki dərəcəsində 133 cüdoçu gücünü sınayacaq.
Qızlar arasında -48 kq., -57 kq., -70 kq. və +78 kq. çəki dərəcələrində, oğlanlar arasında isə -60 kq., -73 kq., -90 kq. və +100 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşəcək.
Yarışın ilkin görüşləri saat 10:00-da başlayacaq. Final görüşləri saat 16:00-da keçiriləcək.
Yarışları yaxından izləmək üçün arenaya giriş sərbəstdir.
İdmançılarımıza uğurlar arzulayırıq!