ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-21 gənclər arasında Azərbaycan birinciliyinin püşkü atıldı

U-21 gənclər arasında Azərbaycan birinciliyinin püşkü atıldı

22-24 fevral tarixlərində keçiriləcək cüdo üzrə 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyinin püşkü atılıb. Püşkatmanın nəticələrinə görə cüdoçuların ilk rəqibləri məlum olub. 

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

İki gün davam edəcək yarışda 2003-2005-ci il təvəllüdlü gənc cüdoçular arasında 16 çəki dərəcəsində qaliblər bəlli olacaq. 64 klub, cəmiyyət və idman təşkilatından olan 245 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Birinciliyin fərdi yarışları 22-23 fevralda, komanda yarışları isə 24 fevralda baş tutacaq. Yarış hər gün saat 10:00-da başlayacaq. 

Final görüşləri İdman TV vasitəsi ilə canlı yayımlanacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Püşkatmanın nəticələrinə linkdən baxa bilərsiniz - https://live.ijf.org/jr_u_21_gencler_arasinda_azerbaycan_birinciliyi2023

İdmançılarımıza uğurlar arzu edirik!