U-21 gənclər arasında Sumqayıt şəhər birinciliyi keçiriləcək
4 fevralda Sumqayıt Olimpiya İdman Kompleksində 21 yaşa qədər gənclər arasında Sumqayıt şəhər birinciliyi keçiriləcək.
Azərbaycan Cüdo Federasiyası və Sumqayıt Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq yarışda 16 çəki dərəcəsində 120-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi 22-24 fevralda keçiriləcək 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır. Eyni zamanda gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması ilə yanaşı cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
İdmançılarımıza uğurlar arzu edirik!