ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-23 Avropa çempionatında cüdoçularımızın ilk rəqibləri müəyyənləşib

U-23 Avropa çempionatında cüdoçularımızın ilk rəqibləri müəyyənləşib

Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Qitə yarışında Azərbaycan 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 37 ölkədən 308 cüdoçu (172 kişi, 136 qadın) iştirak edəcək.

U-23 Avropa çempionatının təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 11:30-dan, final blokunu isə 18:00-dan etibarən canlı olaraq JudoTV.com saytından izləyə bilərsiniz.

 

Kişilər

 

-60 kq, 1/16 final

Murad Muradlı – Maksim Taran (Almaniya)

Hüseyn Allahyarov – Yozef Tomanek (Slovakiya)

 

-66 kq, 1/16 final

İslam Rəhimov – Roman Dekan (Slovakiya)

 

-81 kq, 1/16 final

Vüsal Qələndərzadə – Vasiliye Qruyiçiç (Serbiya)

-81 kq, 1/8 final

Ömər Rəcəbli – Ronald Plostnieks (Latviya) / Çiprian Qribinet (Moldova) cütünün qalibi ilə

 

-90 kq, 1/16 final

Aslan Kotsoyev – Rayan Askofar (Fransa)

-90 kq, 1/8 final

Vüqar Talıbov – Aidas Pileckas (Litva) / Markos Martines Koin (İspaniya) cütünün qalibi ilə

 

-100 kq, 1/8 final

Əjdər Bağırov – Fares Mexux (Fransa) 

 

+100 kq, 1/8 final

Kənan Nəsibov – Tomaş Raşka (Çexiya)