ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-23 qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatına start verilib

U-23 qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatına start verilib

12 iyul 2022-ci ildə Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində U-23 qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı başlayıb.

Yarışın ilk günündə  150 idmançı medallar uğrunda mübarizə aparacaq.

Qadınlar -48 kq. və -63 kq. çəki dərəcələrində, kişilər isə -60 kq. və -81 kq. çəki dərəcələrində güclərini sınayacaqlar.

Qeyd edək ki, çempionatı yaxından izləmək üçün arenaya giriş sərbəstdir.

İdmançılarımıza uğurlar arzulayırıq!