U-23 qadınlar və kişilər arasında Bakı şəhər çempionatına start verilib
10 iyun 2022-ci ildə Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində U-23 qadınlar və kişilər arasında cüdo üzrə Bakı çempionatına başlanılıb.
Yarışın ilk günündə paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 201 idmançı medallar uğrunda mübarizə aparacaq.
Qadınlar -48 kq., -57 kq., -78 kq. və +78 kq. çəki dərəcələrində, kişilər isə -60 kq., -73 kq. -90 kq. və +100 kq. çəki dərəcələrində güclərini sınayacaqlar.
İdmançılarımıza uğurlar arzulayırıq!