U-23 qadınlar və kişilər arasında cüdo idman növü üzrə Bakı şəhər çempionatı keçiriləcək
9-11 iyun 2022-ci il tarixlərində paytaxt Bakı üzrə U-23 qadınlar və kişilər arasında çempionat təşkil olunacaq. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkilatçılığı ilə baş tutacaq. Qeyd olunan yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 369 (339 kişi, 30 qadın) idmançı güclərini sınayıb, medallar uğrunda mübarizə aparacaqlar.
Çempionatın qalibləri cari ilin 12-14 iyul tarixlərində keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanacaqlar.
Yarışları izləmək üçün giriş sərbəstdir.