U-23 qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının ikinci günün yarışları başlayır
13 iyul tarixində Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qadınlar arasında -52 kq. və -70 kq., kişi cüdoçular arasında isə -66 kq. və -90 kq. çəki dərəcələrində qaliblər bəlli olacaq.
Çempionatın ikinci günündə ümumilikdə 117 idmançı yarışda iştirak edəcək.
Qeyd edək ki, çempionatı yaxından izləmək üçün arenaya giriş sərbəstdir.
İdmançılarımıza uğurlar arzulayırıq!