U-23 qadınlar və kişilər arasında Sumqayıt şəhər çempionatı keçiriləcək
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunan cüdo üzrə 23 yaşa qədər kişilər və qadınlar arasında Sumqayıt şəhər çempionatı keçiriləcək.
17 iyunda Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq yarışda 12 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Sumqayıtın 10 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 111 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Yarış 11-12 iyulda keçiriləcək 23 yaşa qədər qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.
Arenaya giriş sərbəstdir.
İdmançılarımıza uğurlar arzu edirik!