ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

U-23 qadınlar və kişilər arasında Sumqayıt şəhər çempionatına yekun vuruldu

U-23 qadınlar və kişilər arasında Sumqayıt şəhər çempionatına yekun vuruldu

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunan cüdo üzrə 23 yaşa qədər kişilər və qadınlar arasında Sumqayıt şəhər çempionatı keçirilib.


17 iyunda Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan yarışda 9 çəki dərəcəsində qaliblər müəyyənləşib. Kişilər arasında -60 kq., -66 kq., -73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -48 kq. və -63 kq. çəki dərəcələrində cüdoçular güclərini sınayıblar. Yarışda Sumqayıtın 10 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 89 cüdoçu medallar uğrunda mübarizə aparıb.


Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Yarış 11-12 iyulda keçiriləcək 23 yaşa qədər qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.


Medalçıları təqdim edirik:


Qadınlar


-48 kq. 

1. Züleyxa Nağıyev 

2. Nərmin Abbasov 

3. Aysu Orucova 


-63 kq. 

1. Xanımana Əhmədova 

2. Səkinə Baxşıyeva


Kişilər


-60 kq. 

1. Həsən Həsənli 

2. Səxavət Hacıyev 

3. Murad Gülməmmədov 

3. Amin İsmayılov 


-66 kq. 

1. Eltac Yusifli 

2. Raqif Kərimli 

3. Rüstəm Sadıxov 

3. Xəyal Sadıqov


-73 kq. 

1. İslam Tağıyev 

2. Elsevər Allahverdiyev 

3. Xudabaxış Əliyev 

3. Ruslan İsmayılov


-81 kq. 

1. Zeynəlabdin Xudaverdizadə 

2. Ülvü İslamov 

3. Cavid Rüstəmov 

3. Səda Ağayev


-90 kq. 

1. İbrahim Sadıxov 

2. Rauf Nuri 

3. Murad Şahməmmədov 

3. Əlican İsmayılzadə 


-100 kq. 

1. Rohid Səlimov 

2. Adilxan Qocayev 

3. Turxan Həsənov 

3. Müslüm Mirzəyev 


+100 kq. 

1. Sabir İsayev 

2. Toğrul Salmanov


İdmançılarımızı təbrik edirik!