ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Üç cüdoçumuz Avropa çempionu oldu

Üç cüdoçumuz Avropa çempionu oldu
Üç cüdoçumuz Avropa çempionu oldu
Üç cüdoçumuz Avropa çempionu oldu
Üç cüdoçumuz Avropa çempionu oldu
Üç cüdoçumuz Avropa çempionu oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb. Yarışın ilk günündə 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxıb. Onlardan 6-sı fəxri kürsüdə yer almağı bacarıb.

Oğlan cüdoçularımız çıxış etdikləri hər 3 çəki dərəcəsində qızıl medal qazanıblar. Anar Quliyev (-50 kq), Rəsul Əlizadə (-55 kq) və Zeyd Ələsgərov (-60 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.

Qızlar arasında isə Nərmin Ağamirzəzadə (-48 kq) gümüş, Gülşən Hüseynova (-44 kq) və Leyla Ələkbərova (-48 kq) bürünc medal əldə ediblər.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatının ilk günündə 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.