ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Ulan-Bator Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli olub

Ulan-Bator Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli olub

22 iyunda Monqolustanın paytaxtı Ulan-Bator şəhərində Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 10 kişi və 3 qadın cüdoçu ilə təmsil olunacaq.

Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz!


Qadınlar


-48 kq. 

Leyla Əliyeva - Tamar Malka (İsrail)

Könül Əliyeva - Hikari Yoşioka (Yaponiya)


-52 kq. 

Aydan Vəliyeva - Ariunzaya Terbiş (Monqolustan)


Oğlanlar


-66 kq. 

Kəramət Hüseynov - Qusman Kırğızbayev (Qazaxıstan)

Yaşar Nəcəfov - Yanislav Qerçev (Bolqarıstan)


-73 kq. 

İbrahim Əliyev - Uranbayar Odqerel (Monqolustan)

Nurlan Osmanov - Enxdul Lxama (Monqolustan)


-81 kq. 

Zelim Tçkayev - Cunseonq Li (Cənubi Koreya)


-90 kq. 

Murad Fətiyev - Qan-Erdene Tserenbat (Monqolustan)

Elcan Hacıyev - Mansur Lorsanov (Fərdi Neytral İdmançılar)


-100 kq. 

Zelim Kotsoyev - Conqhun Von (Cənubi Koreya) / Xuderçulun Bayartsenqel (Monqolustan) cütünün qalibi ilə


+100 kq. 

Uşanqi Kokauri - Munqun-Erdene Tumurçudur (Monqolustan)

Camal Qamzatxanov - Vladut Simionesku (Rumıniya)


İdmançılarımıza uğurlar arzulayırıq!