ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirində Azərbaycan 33 cüdoçu ilə təmsil olunacaq

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirində Azərbaycan 33 cüdoçu ilə təmsil olunacaq

Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarı ilə, “Dünya Cüdo Turu” çərçivəsində 22-24 sentyabrda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən Bakı Böyük Dəbilqə turniri keçiriləcək. 

Rəsmi olaraq “Heydar Aliyev Baku Grand Slam 2023” adlandırılan yarış Milli Gimnastika Arenasında baş tutacaq. Üç gün davam edəcək turnirdə 64 ölkədən 479 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 11 çəki dərəcəsində 26 kişi və 7 qadın idmançı ilə təmsil olunacaq.

Yarışda iştirak etməli olan cüdoçularımız -60 kq. çəkidə Turan Bayramov, -66 kq. çəkidə Kamran Süleymanov və Kəramət Hüseynov və -81 kq. çəkidə Səid Mollayi zədəli olduqlarına görə, milli yığmanın tibbi heyətinin qərarına əsasən turnirə qatıla bilməyəcəklər.

Qeyd edək ki, cari ildə üç dəfə Bakı Böyük Dəbilqə turnirinə seçim xarakteri daşıyan kişilər arasında ACF turunun yarışları keçirilib. Bu yarışlar nəticəsində formalaşan reytinq siyahısında ilk yeri tutan idmançılar Bakı Böyük Dəbilqə turnirinə vəsiqə qazanıblar. Reytinq cədvəlinə əsasən -60 kq. çəkidə Rövşən Əliyev, -66 kq. çəkidə Qasım Vəlizadə, -73 kq. çəkidə Telman Vəliyev, -81 kq. çəkidə Məmmədrza Hacızadə, -90 kq. çəkidə Musa Hüseynli, -100 kq. çəkidə Ruslan Nəsirli və +100 kq. çəkidə İmran Yusifov turnirdə iştirak haqqı qazanıblar.


Yarışda iştirak edəcək heyəti təqdim edirik:


Qadınlar 


-48 kq. 

Leyla Əliyeva 

Şəfəq Həmidova 

Ramilə Əliyeva 


-52 kq. 

Gültac Məmmədəliyeva 


-57 kq. 

Nərgiz Hacıyeva 


-70 kq. 

Südabə Ağayeva 

Günel Həsənli


Kişilər


-60 kq. 

Balabəy Ağayev 

Əhməd Yusifov 

Nazir Talıbov 

Rövşən Əliyev 


-66 kq. 

Yaşar Nəcəfov 

Ruslan Paşayev 

Qasım Vəlizadə 

Rəşad Yelkiyev 


-73 kq. 

Hidayət Heydərov 

Nurlan Osmanov 

Rəşid Məmmədəliyev 

Telman Vəliyev 


-81 kq. 

Zelim Tçkayev 

Məhərrəm İmamverdiyev 

Elcan Şəfiyev 

Məmmədrza Hacızadə 


-90 kq. 

Murad Fətiyev 

Elcan Hacıyev 

Musa Hüseynli 

Əjdər Bağırov 


-100 kq. 

Zelim Kotsoyev 

Ruslan Nəsirli 


+100 kq. 

Uşanqi Kokauri 

Camal Qamzatxanov 

İmran Yusifov 

Ramazan Əhmədov


İlkin görüşlərin 22 sentyabr saat 08:00-da, 23 və 24 sentyabrda isə saat 09:00-da başlaması gözlənilir. Final görüşləri isə hər gün saat 16:00-da başlayacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir! 

Yarışı həmçinin, canlı olaraq judotv.com saytı və İdman TV kanalı vasitəsi izləyə bilərsiniz.

Azərbaycan cüdo ailəsi, həmçinin baş sponsorumuz “Azercell” və turnirin sponsoru “Azərsun Holdinq” və tərəfdaş “Coca-Cola Azərbaycan” şirkətləri adından idmançılarımıza uğurlar arzulayırıq!