ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Universiadada 13 cüdoçumuz mübarizə aparacaq

Universiadada 13 cüdoçumuz mübarizə aparacaq

23–26 iyul tarixlərində Almaniyanın Reyn-Rur bölgəsinin Essen şəhərində Ümumdünya Universitet Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək.

Universiadada Azərbaycanı 13 çəki dərəcəsində 13 cüdoçu (7 kişi, 6 qadın) təmsil edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq. 

Cüdoçularımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, Universiadanın cüdo yarışlarında 60 ölkədən 392 idmançı (214 kişi, 178 qadın) qüvvəsini sınayacaq.

 

Heyəti təqdim edirik:

 

Qadınlar 

 

-48 kq

Könül Əliyeva

 

-52 kq

Aydan Vəliyeva

 

-57 kq

Fidan Əlizadə

 

-70 kq

Aytac Qardaşxanlı

 

-78 kq

Nərmin Əmirli

 

+78 kq

Nigar Süleymanova 

 

Kişilər

 

-60 kq

Babarəhim Mirzəyev

 

-66 kq

Nazir Talıbov

 

-73 kq

Nəriman Mirzəyev

 

-81 kq

Mehdi Abbasov 

 

-90 kq

Elcan Hacıyev 

 

-100 kq

Davud Namazlı 

 

+100 kq

Ramazan Əhmədov