Uşaqlıqda 10 ildən çox cüdo ilə məşğul olmuş XTQ-nin şəhid giziri Rəşad Babayev
Yeniyetmələr arasında milli yığma komandanın üzvü olmuş Rəşad “Cüdo üzrə Azərbaycanın yeniyetmələr çempionu” olmaqla müxtəlif yarışlarda 20-dən çox qızıl, gümüş və bürünc medallar qazanıb. Ali təhsilini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin ordu sıralarında xidmət edib və Vətən Müharibəsində Hadrut uğrunda gedən gərgin döyüşlədə aldığı güllə yarasından şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Babayev “Rəşadət” ordeni, ”Vətən Uğrunda”, “İgidliyə Görə”, “Kəlbəcərin Azad Olunmasına Görə”, “Füzulinin Azad Olunmasına Görə”, “Xocavəndin Azad Olunmasına Görə” medalları ilə təltif edilib.