Usta cüdoçularımız Dünya çempionatında 15 medal qazandı
8-11 sentyabr tarixlərində Polşanın Krakov şəhərində keçirilən usta cüdoçular arasında Dünya çempionatına yekun vurulub.
Yarışın sonuncu günündə M2 yaş kateqoriyası üzrə mübarizə aparan cüdoçularımız tatamiyə çıxıb, 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komandamızın aktivinə daha 4 medal əlavə ediblər.
Veteran cüdoçularımız çempionatda ümumilikdə 5 qızıl, 5 gümüş və 5 bürünc medal əldə edib. Nəticələrə görə, veteranlarımız çempionatı ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yerdə başa vurub.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev yarışlarda 2 final və 4 bürünc medal uğurunda olan görüşləri idarə edib.
M1 yaş kateqoriyası
-73 kq.
Nadir Babayev – gümüş medal
-90 kq.
Murad Rəcəbli – gümüş medal
-100 kq.
Tural Səfquliyev – qızıl medal
+100 kq.
Qurban Məmmədli – gümüş medal
M2 yaş kateqoriyası
-73 kq.
Məmməd Məmmədov – gümüş medal
-81 kq.
Samir İsmayılov – bürünc medal
-90 kq.
Mətləb Məmmədov bürünc medal
-100 kq.
İntiqam Ələkbərov – qızıl medal
M3 yaş kateqoriyası
-73 kq.
Rəşad Quliyev – bürünc medal
-81 kq.
Azər Fətullayev – qızıl medal
Zülfüqar Hüseynov – gümüş medal
M4 yaş kateqoriyası
-60 kq.
Babək Hacıyev – qızıl medal
-100 kq.
Emil Hüseynov – bürünc medal
M5 yaş kateqoriyası
-90 kq.
Mübariz Cəfərov – bürünc medal
M7 yaş kayeqoriyası
-90 kq.
Fərhad Rəcəbli - qızıl medal
Cüdoçularımızı təbrik edirik!