Veteran cüdoçularımız Avropa çempionatının ikinci günündə 3 qızıl, 1 gümüş və 1 bürünc qazanıblar
3 iyun 2022-ci il tarixində Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında Avropa çempionatının ikinci yarış gününə yekun vurulub.
Veteranlardan ibarət komandamız çempionatın ikinci yarış gününü ümumilikdə 5 medalla başa vurublar.
M3 yaş kateqoriyası
-81 kq.
Azər Fətullayev – qızıl medal
M4 yaş kateqoriyası
-60 kq.
Babək Hacıyev – qızıl medal
-100 kq.
Emil Hüseynov – qızıl medal
-90 kq.
Mahir Ağamirzəyev – gümüş medal
-73 kq.
Rauf Fərzəliyev – bürünc medal
Cüdoçularımızı təbrik edirik!