Veteranlarımız Avropa çempionatının kişilərin komanda yarışını üçüncü yerdə tamamlayıb
5 iyun 2022-ci il tarixində Yunanıstanın Heraklion şəhərində keçirilən usta cüdoçular arasında Avropa çempionatının komanda yarışlarına yekun vurulub.
Çempionatın komanda yarışlarına Azərbaycan təmsilçiləri 30-39 yaş qrupu üzrə qatılıb.
Xatırladaq ki, fərdi yarışlarda Azərbaycan medal əyarına görə, 9 qızıl , 5 gümüş və 5 bürünc medalla kişilər arasında və ümumi hesabda birinci yeri tutub.
İdmançılarımızı təbrik edirik!