Vüsalə Hacıyeva İspaniyada gümüş medal qazandı
İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçirilib.
Yığmamız beynəlxalq yarışı bir medalla başa vurub. -57 kq çəki dərəcəsində çıxış edən Vüsalə Hacıyeva gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə ölkəmiz 6 cüdoçu ilə təmsil olunub.