ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

“Yaponiya Səfirinin Kuboku” turniri başa çatıb

Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə keçirilən “Yaponiya Səfirinin Kuboku” Gəncə şəhər açıq birinciliyinə yekun vurulub.

Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən tədbirin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri Takeya Yukihito, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu çıxış edərək yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev gələn yarış iştirakçılarını salamlayaraq Gəncədə cüdo idman növünə böyük marağın olduğunu və bu mötəbər turnirin keçirilməsindən məmnun olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümumilikdə idmana qayğısı nəticəsində cüdo idman növünün də sürətlə inkişaf etdiyini vurğulayıb. 

Yaponiya Səfirinin müşaviri Takaye Yukihito yarış iştirakçılarına uğurlar arzulayıb və Azərbaycanda cüdonun ən öndə gedən idman növlərindən biri olduğu üçün sevindiyini bildirib. 

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov iştirakçıları salamlayaraq,  Gəncə şəhərində bütün idman növlərinin xüsusilə də cüdonun inkişafının diqqət mərkəzində olduğunu qeyd edib. O, Azərbaycan Cüdo Federasiyasının regionlarda keçiridiyi turnirlərin idmançıların gələcəkdə təcrübəli idmançı kimi yetişməsində mühüm rol oynadığını vurğulayıb. 

Azərbaycan Cüdo Federasiyasınının baş katibi Rəşad Rəsullu bildirib ki, Federasiyanın əsas məqsədlərindən biri regionlarda cüdonun kütləviləşdirilməsidir. Bu cür turnirlərin təşkili regionlarda cüdo ilə məşğul olan yeniyetmələrin potensiallarını realaşdırmağa və istedadlı idmançıların kəşf edilməsinə köməklik edir. 

Cüdo üzrə Olimpiya çempionu, Yaponiya millisinin sabiq baş məşqçisi, JUDOs QHT-nin rəhbəri İnoue Kosey açılış mərasimi üçün hazırladığı video müraciətdə bildirib ki, cüdo  insanların fiziki və mənəvi inkişafına töhfə verir. Azərbaycan cüdosunun dünyada yaxşı tanındığını qeyd edən Olimpiya çempionu, cüdonun Azərbaycanda daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib və yarış iştirakçılarına uğurlar arzu edib.

Azərbaycan Cüdo Federasiyası və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizin müxtəlif regionlarından olan 25 komandanın 200-ə yaxın cüdoçusu iştirak edib.

İki gün keçirilən yarışda ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi, 2-ci yerə Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, 3-cü yerə isə Balaxanı Olimpiya İdman Kompleksi layiq görülüb. 28 komanda müxtəlif əyarlı medal qazanıb.


Medalçıların siyahısını təqdim edirik:


-34 kq. 


1. Sadiq Qurbanov - Qədiroğlu İdman Klubu

2. Rahim Qaybalıyev - Naxçıvan Muxtar Respublikası

3. Rəvan Məmmədli - Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi

3. Cavid Məmmədov - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi


-38 kq. 


1. Nihat Mövlanzadə - Mingəçevir şəhəri

2. Rizvan Əsədov - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi

3. Rüfət Həsənli - Mingəçevir şəhəri

3. Asif Quliyev - Yevlax rayonu


-42 kq. 


1. Nicat Əhmədova – Qəbələ rayonu

2. Elgiz Şıxməmmədov - Qədiroğlu İdman Klubu

3. Sənan Xamiyev – Naxçıvan Muxtar Respublikası 

3. Useym Sinqarov - Qusar rayonu


-46 kq.


1. İlkin Qarayev – Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi

2. Rəsul Əlizadə - Arifoğlu İdman Klubu

3. Nihat Abbasov - Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi

3. Elgün Səfərov - Mingəçevir şəhəri


-50 kq. 


1. Ozqan Quliyev - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi

2. Abdullah Kərimov - Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi

3. Yusif Əliyev - Kürdəmir Olimpiya İdman Kompleksi

3. Röyal Qayıbov – Qobustan rayonu


-55 kq. 


1. Nemət İsayev - Balaxanı Olimpiya İdman Kompleksi

2. Bəhruz Sadıqov - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi

3. Ruslan Kərimli - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi

3. Rüstəm Cabbarov - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi


-60 kq. 


1. Sadiq Məmmədov - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi

2. Abubəkir Mollakişiyev - Yevlax rayonu

3. Murad Mirzəzadə - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi

3. Həbib Əşrəfli - Yevlax rayonu 


-66 kq. 


1. İbrahim Balayev  - Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi

2. Nurlan Süleymanov - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi

3. Tunar Abdullayev  - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi

3. Nicat Qəhrəmanov - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi


-73 kq. 


1. Yunis İbrahimzadə - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi

2. Babək Sadıqov - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi

3. Şəhriyar Hüseynli - Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi

3. Barzul Məmmədov - Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi


+73 kq. 


1. Tunar Fərzəliyev - Fərid İdman Klubu

2. Cavid Vəlizadə - Qədiroğlu İdman Klubu

3. Elşən Fərzəliyev – İmişli rayonu

3. Abbas Hüseynov - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi


Qızlar


-28 kq. 


1. Sunay Salamova – Ağsu İdman Klubu


-32 kq. 


1. Yağmur Abdullayeva  - Arifoğlu İdman Klubu

2. Fatma Fərmanzadə - Sumqayıt şəhər İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi


-36 kq. 


1. Gülşən Hüseynova - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi

2. Ləman Adıgözəlova - Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi

3. Səbinə Əliyeva – Goranboy rayonu

3. Zəhra Seyidzadə - Çempion İdman Klubu


-40 kq. 


1. Aynişan Rəcəbova – Bərdə rayonu

2. Nəzrin Canbaxışlı - Balaxanı Olimpiya İdman Kompleksi

3. Nigar Məmişova - "Neftçi" İdman Klubu, Sumqayıt şəhəri

3. Zeynəb Seyidzadə - Çempion İdman Klubu


-44 kq. 


1. Səmayə Yusifli - Balaxanı Olimpiya İdman Kompleksi

2. Nərgiz Şıxməmmədova - Qədiroğlu İdman Klubu

3. Gülnaz Musayeva - Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi

3. Fatimə Qurbanova - Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi


-48 kq. 


1. Nazlı Səfərli - Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi

2. Nəzakət Vəliyeva – Qədiroğlu İdman Klubu

3. Ayan Əlizadə - Xızı rayonu

3. Məleykə Mürsəliyeva - "Neftçi" İdman Klubu, Sumqayıt şəhəri


-52 kq.


1. Xədicə Allahverdiyeva – Tovuz İdman Klubu

2. Aliyə Rüstəmova - Balaxanı Olimpiya İdman Kompleksi

3. Nərmin Qocayeva – Qax rayonu


-57 kq. 


1. Nərmin Yusufova - "Neftçi" İdman Klubu, Sumqayıt şəhəri

2. Güllü Quliyeva – Yevlax rayonu


-63 kq. 


1. Fidan Cəlilli – Çempion İdman Klubu

2. Nərmin Babayeva – Neftçi İdman Klubu

3. Rəna Əhmədova – Qəbələ şəhəri


+63 kq. 


1. Leyli Qurbanova – Ağdam rayonu

2. Nərgiz Vəlizadə - Fərid İdman Klubu

3. Dəniz Həbibli - Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi


İdmançılarımızı təbrik edirik!