ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yaşar Nəcəfov Böyük Dəbilqənin bürünc medalını əldə etdi

Yaşar Nəcəfov Böyük Dəbilqənin bürünc medalını əldə etdi

23-25 iyunda Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində cüdoçularımız 1 medal qazanıb.

Turnirin ilk günündə kişilər arasında -66 kq. çəki dərəcəsində Yaşar Nəcəfov bürünc medal qazanıb. Yaşar bürünc medal uğrunda görüşdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Narmandax Bayanmunxa qalib gəlib.

-100 kq. çəkidə Zelim Kotoyev və +100 kq. çəkidə Uşanqi Kokauri yarışı 5-ci yerdə tamamlayıb. -73 kq. çəkidə İbrahim Əliyev və Nurlan Osmanov, -90 kq. çəkidə Murad Fətiyev 7-ci yerə çıxıblar.