Yeniyetmə cüdoçular Avropa çempionatına hazırlaşırlar
Yeniyetmə oğlanlardan ibarət milli yığmanın üzvləri mayın 15-dən 27-dək Bakıda təşkil olunan təlim məşq toplanışında iştirak ediblər. Əsasını fiziki hazırlıq təşkil edən hazırlıq prosesinə 25 idmançı qatılıb. İdmançılara yeniyetmələrdən ibarət milli yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Emil İskəndərov və Nicat Şıxalizadə rəhbərlik edib.
Qeyd edək ki, təlim-məşq 22-25 iyun Portuqaliyanın Odivelas şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Sözü gedən beynəlxalq turnirə idmançılar mərhələləri şəkildə hazırlaşırlar. Növbəti taktiki-texniki hazırlıq isə iyunun 5-dən 17-ə kimi keçiriləcək.