ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yeniyetmə cüdoçular Avropa çempionatına yola düşürlər

Yeniyetmə cüdoçular Avropa çempionatına yola düşürlər
23-26 iyun tarixlərində Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək. Bununla əlaqədar olaraq, yeniyetmə oğlanlar və qızlardan ibarət milli yığma komandalarımız Bakı şəhərində keçirilən təlim məşq toplanışlarında hazırlıqlarını başa vurublar.
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, Federasiyanın İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Nazim Hüseynov, prezidentin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu, performans direktor Mark van der Ham milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər. Eyni zamanda, Olimpiya çempionlarımız idmançılarımızla öz uğur hekayələrini bölüşüblər və müvafiq tövsiyə və məsləhətlərini veriblər.
Qeyd edək ki, yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma komandalarımız Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 4 beynəlxalq yarışda iştirak ediblər. Həmçinin, onların hazırlığı məqsədilə 5 təlim-məşq toplanışı təşkil edilib.
Avropa çempionatında iştirak üçün sabah Xorvatiyaya yola düşəcək yeniyetmələrdən ibarət milli yığma komandalarımız 23-25 iyun tarixlərində fərdi yarışlarda, 26 iyunda isə komanda yarışında iştirak edəcəklər.
Azərbaycan cüdo ailəsi adından bütün idmançılarımıza uğurlar arzu edirik.