ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yeniyetmə cüdoçular Avropa Gənclər Olimpiya Festivalına yola düşürlər

Azərbaycanın yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının 25-29 iyulda Sloveniyanın Maribor şəhərində keçiriləcək XVII Avropa Gənclər Olimpiya Festivalına (EYOF 2023) hazırlıqları başa çatıb. Azərbaycan yarışda 12 çəki dərəsində 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu edib. 

Xatırladaq ki, yarışa hazırlaşmaq məqsədi ilə yeniyetmə oğlanlardan ibarət milli yığmanın üzvləri Bakıda, yeniyetmə qızlardan ibarət milli yığmanın üzvləri isə Türkiyənin Trabzon şəhərində təlim-məşq toplanışlarına qatılıblar.

Yarışlarda cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Avropa Gənclər Olimpiya Festivalına qatılacaq heyəti təqdim edirik:

Qızlar

-44 kq. 

Məryəm Bayramzadə

-48 kq. 

Vüsalə Hacıyeva 

-52 kq. 

Xədicə Qədəşova 

-63 kq. 

Kamilla Toholiyeva

Oğlanlar

-50 kq. 

Nihad Məmişov

-55 kq. 

Ayxan Mirzəzadə

-60 kq. 

Məhəmməd Musayev 

-66 kq. 

Cəsur İbadlı

-73 kq. 

Süleyman Şükürov 

-81 kq. 

Hüseyn Eyvazlı

-90 kq. 

Aslan Kotsoyev 

+90 kq. 

Ramazan Əhmədov 

İdmançılarımıza uğurlar arzu edirik!