ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yeniyetmə cüdoçular Bielsko Biala Avropa Kubokunda iştirak edəcək

Yeniyetmə cüdoçular Bielsko Biala Avropa Kubokunda iştirak edəcək

Avropa Cüdo Birliyinin təqviminə görə 20-21 mayda Polşanın Bielsko Biala şəhərində yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək. 

Turnirdə 34 ölkədən 804 idmançı iştirak edəcək. Azərbaycan yarışda 11 çəki dərəsində 10 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçisi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.

Yeniyetmə qızlar 22-24 mayda Bielsko Bialada təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.


Oğlanlar


-50 kq. 

Nihad Məmişov 

Məhəmməd Məmişov 

Əhməd Rüstəmov


-60 kq. 

Xanəhməd Şərifov 


-66 kq. 

Cəsur İbadlı 

Mehdi Cəfərov


-81 kq. 

Hüseyn Eyvazlı


-90 kq. 

Tuncay Şamil


+90 kq. 

Eldar Əliyev 

Rəsul Səmədli


Qızlar


-40 kq. 

Nigar Məmişova

 

-44 kq. 

Aytac Yolçuzadə


-48 kq. 

Vüsalə Hacıyeva


-52 kq. 

Xədicə Qədəşova 

Aytən Verdiyeva


-63 kq. 

Kamilla Toholiyeva


Cüdoçularımıza uğurlar arzulayırıq!a