Yeniyetmə cüdoçular Koimbra Avropa Kubokunda iştirak edəcək
27-28 mayda Portuqaliyanın Koimbra şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
Turnirdə 27 ölkədən 492 idmançı iştirak edəcək. Azərbaycan yarışda 3 çəki dərəsində 7 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçisi Emin İskəndərov rəhbərlik edəcək.
-50 kq.
Bahadır Feyzullayev
Nihad Məmişov
-55 kq.
Həsən Həsənli
Murad Fətullayev
-60 kq.
Fərid Qasımzadə
Nicat Süleymanov
Ayxan Mirzəzadə
İdmançılarımıza uğurlar arzulayırıq!