ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yeniyetmə cüdoçular Riqa Avropa Kubokunda iştirak edəcək

Yeniyetmə cüdoçular Riqa Avropa Kubokunda iştirak edəcək

21-22 oktyabrda Latviyanın paytaxtı Riqa şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək. 

Turnirdə 22 ölkədən 314 idmançı iştirak edəcək. Azərbaycan yarışda oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.


-50 kq. 

Bahadır Feyzullayev 

Rüstəm Qasımzadə 


-55 kq. 

Telman Abdullayev 

Nihad Məmişov 


-60 kq. 

Mirxaliq İskəndərov 

Əhməd Rüstəmov 


-66 kq. 

Ümüd Qurbanov 

Səid Şərifov 

Səlim Sultanov


-73 kq. 

Cəsur İbadlı 

Əhməd Mehdiyev 


-81 kq. 

Mehdi Abbasov 

Hüseyn Eyvazlı 

Əli Qazıməmmədov 


+90 kq. 

Sübhan Axundov 

Rəsul Səmədli


İdmançılarımıza uğurlar arzulayırıq!