Yeniyetmə cüdoçular Teplis Avropa Kubokunda iştirak edəcək
Avropa Cüdo Birliyinin təqviminə görə 6-7 apreldə Çexiyanın Teplis şəhərində yeniyetmələr cüdoçular arasında Avropa Kuboku keçiriləcək.
Turnirdə 32 ölkədən 627 idmançı iştirak edəcək. Azərbaycan yarışda qızlar arasında 7 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.
-40 kq.
Xədicə Abdullayeva
-44 kq.
Leyla Ələkbərova
-48 kq.
Könül Eyvazlı
Nuranə Hacızadə
-52 kq.
Səmayə Yusifli
Aysun Məmmədova
Aliyə Rüstəmova
Vüsalə Hacıyeva
-57 kq.
Nilgül Rzayeva
Aytən Verdiyeva
-63 kq.
Fidan Cəlilli
Mələk Bayramlı
-70 kq.
Rəna Əhmədova
İdmançılarımıza uğurlar arzulayırıq!