Yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı keçirilir
Azərbaycanın yeniyetmə qızlardan ibarət milli yığma komandasının üzvləri fevralın 12-dən 24-dək Bakıda təşkil olunan təlim məşq toplanışında iştirak edirlər. Hazırlıq prosesinə 40-a yaxın idmançı qatılıb.
Hazırlıq prosesi 2-3 martda Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa Kuboku turnirinə və qarşıdan gələn iri miqraslı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.