ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı keçirilir

Yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı keçirilir

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət milli yığma komandasının üzvləri yanvarın 29-dan fevralın 10-dək Bakıda təşkil olunan təlim məşq toplanışında iştirak edirlər. Əsasını fiziki hazırlıq təşkil edən hazırlıq prosesinə 30-dan çox idmançı qatılıb.

Yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Rüstəm Alimli təlim-məşq toplanışı barəsində fikirlərini bölüşüb: “Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan çempionatında uğurlu çıxış edən idmançılarla yeni milli yığma komanda formalaşıb. Yığma komanda ilə birlikdə, iki həftə müddətində ilk təlim-məşq toplanışı başlayıb.

Təlim-məşq toplanışında idmançılar, iki həftə boyunca fiziki və funksiyonal hazırlıq prosesinə böyük diqqət yetiriblər. Bu, onların fiziki dayanıqlılıq və bacarıqlarını artırmağa kömək edib. 

Hazırlıq prosesinin ardından idmançılara bir həftəlik istirahət təyin edilib. Bundan sonra isə cüdoçular, yeni 2 həftə ərzində taktiki-texniki hazırlıq prosesinə start verəcəklər.“

Rüstəm Alimli təlim-məşq toplanışının əsas məqsədinin cüdoçuların ilk beynəlxalq yarışa hazırlaşması olduğunu vurğulayaraq bildirdi: “İdmançılar ilk olaraq Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa Kuboku turnirinə qatılacaqlar. Bu yarış zamanı yaxşı nəticə əldə etmiş idmançılar, növbəti yarışlarda öz güclərini daha da göstərmək üçün imkan əldə edəcəklər.”