ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı təşkil edilib

Yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı təşkil edilib

Fevralın 6-dan 26-a qədər milli yığma komandanın 38 yeniyetmə cüdoçusu Bakıda təşkil olunan təlim-məşq toplanışında iştirak edir. Hazırlıq prosesində idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.

Cüdoçulara yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edib.

Təlim-məşq prosesi cari ildə Zaqrebdə baş tutacaq Avropa Kuboku, Portuqaliya Avropa çempionatı və Maribor Avropa Gənclərin Yay Olimpiya Festivalına hazırlıq məqsədi daşıyır.