ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yeniyetmə cüdoçularımız Dünya çempionatına yola düşüblər

Yeniyetmə cüdoçularımız Dünya çempionatına yola düşüblər

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində 24-28 avqust tarixlərində yeniyetmələr arasında Dünya çempionatı keçiriləcək. Bununla əlaqədar yarışda iştirak edəcək yeniyetmələrdən ibarət milli yığma üzvləri avqustun 8-dən 13-dək Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışına qatılıb. Gürcüstanın yeniyetmələrdən ibarət komandası ilə yanaşı Qazaxıstan və Kiprdən olan idmançılarla birgə baş tutan hazırlıq prosesində yeniyetmə cüdoçularımıza baş məşqçi Rüstəm Alimli və məşqçi Emin İskəndərov rəhbərlik edib. Bunun ardınca cüdoçularımız Bakıda “Cüdo-2012” klubunun idman zalında mötəbər yarışa hazırlıqlarını davam etdiriblər.

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, ACF Prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu milli yığmanın düşərgəsini ziyarət edərək hazırlıq prosesini yaxından izləyiblər, idmançılarımızın hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər. 

22 avqust tarixində Dünya çempionatında iştirak üçün yeniyetmələrdən ibarət milli yığma komandanın üzvləri Bosniya və Herseqovinaya yola düşüblər. Onlar 24-27 avqust tarixlərində fərdi yarışlarda, 28 avqustda isə komanda yarışında iştirak edəcəklər.

Baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadənin rəhbərliyi altında çıxış edəcək idmançılarımızı sizə təqdim edirik:


-50 kq.

Məhəmməd Məmişov


-55 kq.

Şahin Oruczadə


-60 kq.

Nizami İmranov


-66 kq.

Əbil Yusubov

Nicat Nağıyev


-73 kq.

Əli Hacızadə

Nahid Tarquliyev


-81 kq.

Camal Bağışov


+90 kq.

Ramazan Əhmədov


İdmançılarımıza uğurlar arzulayırıq!