ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yeniyetmə cüdoçularımız Polşada beynəlxalq təlim-məşq toplanışında iştirak etdi

Yeniyetmə cüdoçularımız Polşada beynəlxalq təlim-məşq toplanışında iştirak etdi
Yeniyetmə cüdoçularımız Polşada beynəlxalq təlim-məşq toplanışında iştirak etdi

Yeniyetmələrdən ibarət milli komandamız 18–20 may tarixlərində Polşanın Bielsko-Biala şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edib. 
Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan hazırlıq prosesində cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edib. 
Təlim-məşq toplanışı yeniyetmələr arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. Qitə birinciliyi 29 iyun – 2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək.