Yeniyetmə cüdoçuların Avropa çempionatına hazırlığı davam edir
Yeniyetmə oğlanlardan ibarət milli yığmanın üzvləri iyunun 5-dən etibarən Bakıda təşkil olunan təlim məşq toplanışında iştirak edirlər. Əsasını texniki-taktiki hazırlıq təşkil edən hazırlıq prosesinə 25 idmançı qatılıb. İdmançılara yeniyetmələrdən ibarət milli yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Emil İskəndərov və Nicat Şıxalizadə rəhbərlik edir. Təlim-məşq toplanışı iyunun 17-ə kimi davam edəcək.
Xatırladaq ki, hazırlıq prosesi 22-25 iyun tarixlərində Portuqaliyanın Odivelas şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.