Yeniyetmə cüdoçuların Avropa çempionatının komanda yarışları start götürür
26 iyun 2022-ci il tarixində Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının komanda yarışları başlayır.
14 ölkədən 157 idmançının qatıldığı komanda yarışında əsas heyətdə 3 qız və 3 oğlan cüdoçumuz mübarizəyə qoşulacaq. Ehtiyat siyahıda isə 2 qız və 2 oğlan cüdoçu yer alıb.
Baş məşqçi Rüstəm Alimli, məşqçi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə yeniyetmə oğlanlardan ibarət komandaya, məşqçi Elnur İsmayılov isə yeniyetmə qızlardan ibarət komandaya rəhbərlik edir.
Əsas heyət
Qızlar
-48 kq.
Aydan Vəliyeva
-63 kq.
Fidan Əlizadə
+63 kq.
Nigar Süleymanova
Oğlanlar
-60 kq.
Nizami İmranov
-81 kq.
Camal Bağışov
+81 kq.
Ramazan Əhmədov
Ehtiyat heyət
Qızlar
-48 kq.
Xumar Qasımzadə
-63 kq.
Vüsalə Hacıyeva
Oğlanlar
-60 kq.
Şahin Oruczadə
-81 kq.
Əli Hacızadə
İdmançılarımıza uğurlar arzulayırıq!