Yeniyetmə oğlanlar Bakıda təlim-məşq toplanışında iştirak edirlər
Yeniyetmə oğlanlardan ibarət milli yığmanın 28 üzvü iyulun 3-dən 15-dək Bakıda təşkil olunan təlim-məşq toplanışına qatılıb. Hazırlıq prosesinə yeniyetmələrdən ibarət milli yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Emil İskəndərov və Nicat Şıxalizadə rəhbərlik edir.
Qeyd edək ki, təlim-məşq toplanışı 25-29 iyulda Sloveniyanin Maribor şəhərində keçiriləcək XVII Avropa Gənclər Olimpiya Festivalına (EYOF 2023), 5-7 avqustda Belarusda keçiriləcək MDB Oyunlarına və 23-27 avqust tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.