ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yeniyetmə qızlar Dünya çempionatına hazırlaşır

Yeniyetmə qızlar Dünya çempionatına hazırlaşır

24-28 avqust tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmələr arasında Dünya çempionatı keçiriləcək. Bununla əlaqədar olaraq 8-20 avqust aralığında Bakı şəhərində “Atilla” klubunun idman zalında məşqçilər Elnur İsmayılov və Vüqar Hüseynovun rəhbərliyi ilə yarışda iştirak edəcək yeniyetmə qızlardan ibarət milli yığmanın təlim-məşq toplanışı keçirilib.


Azərbaycan Cüdo Federasiyası Prezidentinin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu yeniyetmələrdən ibarət milli yığmanın təlim-məşq toplanışını ziyarət edərək idmançıların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.

23 avqust tarixində Dünya çempionatında iştirak üçün yeniyetmə qızlardan  ibarət komandanın 5 üzvü Bosniya və Herseqovinaya yola düşəcək. Onlar 24-27 avqust tarixlərində fərdi yarışlarda, 28 avqustda isə komanda yarışında iştirak edəcəklər.

Məşqçi Elnur İsmayılovun rəhbərliyi altında çıxış edəcək idmançılarımızı sizə təqdim edirik:


-48 kq.

Aydan Vəliyeva


-52 kq.

Fidan Qasımova

Vüsalə Hacıyeva


-57 kq.

Fidan Əlizadə


+70 kq.

Nigar Süleymanova


İdmançılarımıza uğurlar arzulayırıq!