ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yeniyetmə qızlar Polşada təlim-məşq toplanışında iştirak ediblər

Yeniyetmə qızlar Polşada təlim-məşq toplanışında iştirak ediblər

Azərbaycanın yeniyetmə qızlardan ibərət milli yığmasının üzvləri 22-24 mayda Polşanın Bielsko Biala şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq presesində yeniyetmə qızlardan ibarət milli yığma komandanın 6 üzvü iştirak edib.

Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edib.

Təlim-məşq toplanışı iyun və avqust aylarında keçiriləcək yeniyetmələr arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.