Yeniyetmə qızlar Trabzonda təlim-məşq toplanışında iştirak edirlər
Azərbaycanın yeniyetmə qızlardan ibərət milli yığmasının 18 üzvü iyulun 4-dən 18-dək Türkiyənin Trabzon şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb. Hazırlıq prosesində Türkiyənin gənc və yeniyetmə qızlardan ibarət yığma komandası ilə yanaşı, Gürcüstanın yeniyetmə qızlardan ibarət yığma komandası iştirak edir.
Cüdoçulara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edir.
Qeyd edək ki, təlim-məşq toplanışı 25-29 iyulda Sloveniyanin Maribor şəhərində keçiriləcək XVII Avropa Gənclər Olimpiya Festivalına (EYOF 2023), 5-7 avqustda Belarusiyada keçiriləcək MDB Oyunlarına və 23-27 avqust tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.