Yeniyetmə qızlardan ibarət millinin üzvləri üçün art-terapiya seminarı təşkil olunub
Yeniyetmə qızlardan ibarət milli yığma komandanın üzvləri üçün təlim-məşq toplanışı çərçivəsində art-terapiya seminarı təşkil olunub. Fəaliyyətin əsas məqsədi idmançıların asudə vaxtlarının səmərəli təşkili, psixo-emosional vəziyyətlərinin yaxşılaşdırılması və emosional gərginliyin azaldılması olub.
Art-terapiya sessiyaları zamanı iştirakçılar yaradıcılıq vasitəsilə öz hiss və düşüncələrini ifadə etmək imkanı əldə ediblər. Keçirilən fəaliyyət idmançıların emosional rahatlamasına, psixoloji rifahının gücləndirilməsinə və komanda daxilində müsbət psixoloji mühitin formalaşmasına töhfə verib.
Qeyd edək ki, bu cür psixoloji dəstək fəaliyyətləri yeniyetmə qızlardan ibarət yığma komanda üçün mütəmadi olaraq həyata keçirilir.