ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Yeniyetmə qızlardan ibarət yığmanın üzvləri üçün peyntbol oyunu təşkil olunub

Yeniyetmə qızlardan ibarət milli komandanın üzvləri üçün təlim-məşq toplanışı çərçivəsində komanda ruhunun gücləndirilməsi və psixo-emosional balansın qorunmasına yönəlmiş peyntbol oyunu təşkil olunub.

Fəaliyyət idmançıların gündəlik məşq rejimindən kənar, dinamik və interaktiv mühitdə vaxt keçirməsinə, stressin azalmasına, həmçinin birgə fəaliyyət vasitəsilə ünsiyyət və əməkdaşlıq bacarıqlarının inkişafına xidmət edib. Oyun zamanı cüdoçular həm fiziki aktivlik, həm də strateji düşünmə tələb edən prosesdə iştirak ediblər.

Qeyd edək ki, sosial və psixoloji yönümlü bu cür tədbirlər yeniyetmə qızlardan ibarət milli komandanın hazırlıq prosesinin tərkib hissəsi kimi mütəmadi həyata keçirilir və idmançıların sağlam inkişafına kompleks yanaşmanı əks etdirir.